Dünya futbolu

PSJ hücumçusu ilə vidalaşır

PSJ hücumçu HUqo Ekitikenin çıxışından məmnun deyil.

İdmanxeber.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, rəhbərlik yayda futbolçunu geri qaytaracaq. Müqavilə ilə “Reyms” klubuna məxsus olan futbolçu icarə əsasında Paris klubunda forma geyinir.

Onun PSJ ilə müqaviləsi mövsüm sonu başa çatır.

2022/23 mövsümündə Ekitike komandanın heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43