“Bavariya” Sadio Manenin Leroy Saneni vurduğuna görə cəzalandırma variantlarını müzakirə edib.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik seneqallı futbolçunun cərimələnməsi və müqaviləsinə xitam verilməsini müzakirə edir.
“Sky Sport”nəşri yazır ki, Mane bu gün məşqə gələrək komandadan üzr istəməlidir.
Xatırladaq ki, seneqallı hücumçu özü ilə kobud davrandığı üçün Saneni yumruqla vurub.

