İngiltərinin “Brayton” klubunun futbolçusu Aleksis Makkalister nəhəng klubların diqqətindədir.
İdmanxeber.az-ın məlumatına görə, Argentina millisinin üzvü “Çelsi” və “Liverpul”un maraq dairəsindədir. 24 yaşlı futbolçunun komandası ilə 2025-ci ilə qədər müqaviləsi var.
Makkalister cari mövsüm 29 oyuna çıxıb və 10 qol vurub.

