09 İyul 2026
Dünya futbolu

“PSJ ilə Çempionlar Liqasını qazanacam” – Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe yerli mətbuata açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, o, Paris klubu ilə Çempionlar Liqasını qazanmaq istədiyini bildirib. Mbappe gələcək karyerası ilə bağlı da danışıb:

“Növbəti il? Çempionlar Liqasını qazanmağı düşünürəm. Artıq final, yarımfinal, 1/4 final, 1/8 final…Qazanmaqdan başqa hər şeyi etdim. Mənə çatmayan tək şey ÇL kubokudur.

Ümid edirəm ki, bu mümkün qədər tez baş verəcək. Əlbəttə, bu titulu PSJ-də qazanacam. Mən Parisdəyəm və burada müqaviləm var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43