Kateqoriyasız

PSJ Messinin yerinə onu düşünür

PSJ-də Bernardo Silva Lionel Messinin yerinə əsas namizəddir.

İdmanxeber.az-ın məlumatına görə, müqaviləsi yenilənməyəcək argentinalının əvəzinə rəhbərlik “Mançester Siti”nin yarımmüdafiəçisini cəlb etmək niyyətindədir. 

“L’Equipe” nəşri yazır ki, portuqaliyalı “şəhərlilər”dən ayrılmaq istəyir və PSJ ilə müqavilə imzalamaqda maraqlıdır.

O, bu mövsüm Premyer Liqada 33 oyuna çıxıb və 4 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43