“Liverpul” Fabinyonun gedişini Marko Verratti ilə doldurmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu təcrübəli italiyalı yarımmüdafiəçi ilə maraqlanır. Fabinyo və Henderson ayrılışından sonra yarımmüdafiədə say azlığı yaranıb.
Verratti 2012-ci ildən PSJ-də çıxış edir. O, bu müddətdə 416 oyuna çıxıb və 11 qol vurub.
Transfermarkta görə oyunçunun dəyəri 40 milyon avro təşkil edir.

