Kateqoriyasız

PSJ və “Yuventus” rekorda doğru

Son 5 ilin çempionu PSJ ilə son 7 ilin çempionu “Yuventus” “Böyük beşlik” liqalırandakı qeydə alınan ardıcıl qələbə seriyası rekordunu  qirmaq niyyətindədir.

Mövsümə Tomas Tuxel rəhbərliyində başlayan Paris təmsilçisi Liqa 1-də cari mövsümdə çıxdığı 9 matçdan da qalib ayrılıb. Bununla da PSJ klubu 1936-1937-ci ildə mövsümə ardıcıl 8 oyun udaraq başlayan “Lion” komandasının rekordunu ələ keçirib. Komanda  Neymar, Mbappe və Kavanili hücüm xətti ilə çıxdığı 8 qarşılaşmada rəqib qapılarına qol yağdıraraq ümumilikdə 32 top vurub.

Mövsümə superulduz Kristiano Ronaldo transferi  ilə başlayan “Yuventus” komandası isə ardıcıl 7 dəfə çempion olmasına baxmayaraq iştahlarından heç nəyin azalmadığını göstəriblər. A Seriyasında geridə qalan 8 turu itkisiz keçirən Alleqrinin yetirmələri bu çıxışlarıyla ötən mövsüm “Napoli”nin göstəricisini təkrarlayıb onların rekorduna şərik olublar.

Mövsümə ardıcıl qələbələr seriyası ilə başlamaqda ümumi rekord göstərici isə İngiltərənin “Totenhem” klubuna məxsusdur. Bill Niçolson rəhbərliyindəki londonlular 1960-1961-ci ildəki mövsümdə ilk 11 qarşılaşmadan da qalib ayrılıb, 12-ci turda “Siti” ilə heç-heçə edərək həmin ili çempion kimi tamamlamışdılar.

Mövsümə möhtəşəm başlanğıc edənlər içərisində İspaniyada “Real”, Türkiyədə isə “Fənərbaxça” birincidir . Madrid təmsilçisi 1968-1969 cu ildəki mövsümə 9 oyun ard-arda qələbə ilə başlayaraq hələ də İspaniya rekorduna sahibdir. İstanbul klubu isə 2009-2010 mövsümünə 8 qələbə ilə başlayaraq Türkiyə rekordunu ələ keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43