Ölkə futbolu

“Qəbələ” açıqladı: “O, daha bir il bizimlə olacaq”

“Qəbələ”nin baş məşqçi Elmar Baxşıyevlə müqavilə uzadacağı xəbərini vermişdik.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev idmanxeber.az saytına verdiyi açıqlamada xəbəri təsdiqləyib. O, yaxın günlərdə rəsmi açıqlamanın ediləcəyini bildirib:

“Baş məşqçi Elmar Baxşıyevlə artıq şifahi razılıq əldə olunub. Bir il daha birlikdə olacağıq.

Məşqçilər heyəti daha bir il “Qəbələ”nin uğurları üçün çalışacaq. Qarşıdakı günlərdə Elmar Baxşıyev və məşqçilər heyəti ilə müqavilə imzalanacaq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43