Ölkə futbolu

DƏQİQLƏŞDİ: Elmar Baxşıyev “Qəbələ”dən ayrılır?

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin klubdakı gələcəyi bəlli olub.

Ötən mövsüm “qırmızı-qaralar”la avrukobok həyəcanı yaşayan təctübəli çalışdırıcı cari mövsümdə də uğurlu performansını davam etdirir. Hazırda ölkə kubokunun yarımfinalında çıxış edən komanda Premyer Liqamızda da 4-cü sıradadır. 

Bir müddətdir mətbuatda təcrübəli mütəxəssisin mövsüm sonu bölgə təmsilçisindən ayrılacağı iddia edilir. Artıq Baxşıyevin adı Premyer Liqamızın bir neçə klubu ilə çəkilməyə başlayıb.

Ancaq idmanxeber.az-ın əldə etdiyi məlumata görə, Elmar Baxşıyev “Qəbələ”dən ayrılmayacaq. Klub rəhbərliyi ona bir illik müqavilə təklif edib.

42 yaşlı mütəxəssis də yeni sözləşməyə müsbət yanaşdığını və klubdan ayrılmaq istəmədiyini bildirib.

Tərəflərin razılığa gəldiyi və rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43