Dünya futbolu

La Liqa klubunun sabiq rəhbəri həbs edildi

“Real Sosyedad”ın sabiq prezidenti İnaki Bandiola həbs edilib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb onun “Twitter” sosial şəbəkəsində saxta profillər açmasıdır.

Sabiq klub rəhbəri bu hesablar vasitəsi ilə hakimlərə, siyasətçilərə və bəzi idman jurnalistlərinə təhqirlər edirmiş. Bu səbəbdən də Bandiola 11 il həbs cəzasına məruz qalıb. 

O, 2007-09-cu illərdə “Real Sosyedad” klubunun rəhbəri olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43