Dünya futbolu

Simeone Çağları gözləyir

“Lester”də çıxış edən Çağlar Söyüncü növbəti mövsüm karyerasını İspaniyada davam etdirəcək.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü bir müddətdir “Atletiko”nun maraq dairəsindədi. Baş məşqçisi Dieqo Simeone israrla Söyüncünü komandada görmək istəyir.

Təcrübəli müdafiəçinin Premyer Liqa təmsilçisi ilə müqaviləsi mövsüm sonu başa çatır. O, yayda azad agent statusu ilə Madrid klubuna keçəcək.

Çağlar cari mövsüm “Lester”də cəmi 6 oyunda çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43