02 İyul 2026
Ölkə futbolu

“Qəbələ”də baş məşqçi dəyişikliyi yaxınlaşır – Tsxadadzenin yerinə Hüseynov gəlir?

“Qəbələ” rəhbərliyi baş məşqçi Kaxaber Tsxadadzedən narazıdır. Bölgə təmsilçisində işlər yolunda getmədiyi üçün günahkar gürcüstanlı mütəxəssis görülüb.

Rəhbərlik Kaxa ilə yolları ayırmaq niyyətindədir. “İmişli” ilə matç onun “Qəbələ”dəki sonuncu görüşü ola bilər. Əgər komanda meydandan məğlub ayrılsa, təcrübəli çalışıdırıcı ilə mütləq yollar ayrılacaq.

Rəhbərlik artıq onun yerinə namizəd də tapıb. Cavid Hüseynovun bu posta yiyələnəcəyi bildirilir.

“Qırmızı-qaralar” mütəmadi olaraq gənc mütəxəssislə əlaqədədir. Hüseynov da Qəbələ təmsilçisində işləməyə müsbət yanaşır.  

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43