“Qəbələ” klubu Qəbələ rayonundan yüksək balla universitetə qəbul olunmuş 10 tələbəni mükafatlandırdı.
İdmanxeber.az-ın sözügedən rayona ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, klub rəhbəri Fariz Nəcəfov hazırda davam edən “Qəbələ” – Sumqayıt” matçının fasiləsində tələbə adını qazanmış gəncləri təbrik edib və onlara xüsusi mükafatlar verib.
Xatırladaq ki, “Qəbələ” ikinci hissəsi davam edən görüşdə “Sumqayıt”a 0:2 hesabı ilə məğlub olur.


