Milli komandaların oyunu ilə bağlı yararan fasilədə “Qəbələ”nin hazırlıq planı bəlli olub.
İdmanxeber.az-a verilən məlumata görə, “qırmızı-qaralar” ayın 6-7-8-də Bakı Olimpiya Stadionunda məşq edəcək. Komanda sentyabrın 9-da Qəbələyə yola düşür.
Əyalət təmsilçisi bir gün sonra isə doğma meydanda “Araz Naxçıvan”la yoxlama görüşü keçirməyi planlaşdırır. Bunun ardından isə komanda Misli Premyer Liqasının VI turunda qarşılaşacaqları “Turan Tovuz” görüşünün hazırlıqlarını Qəbələdə davam etdirəcək.
Xatırladaq ki, “Turan Tovuz” – “Qəbələ” matçı sentyabrın 17-də, saat 16:30-da start götürəcək.

