Kateqoriyasız

“Qəbələ”nin avrokuboklardakı bombardiri

“Qəbələ” avrokuboklarda keçirdiyi 38 oyunda 36 qol vurub.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində 15 futbolçu rəqib qapısına yol tapıb. Daha bir dəfə rəqib komandanın avtoqolu qeydə alınıb.

2014-cü ildən başlayaraq 6 mövsüm UEFA Avropa Liqasında çıxış edən “Qəbələ”nin qitəmiqyaslı turnirdəki ən yaxşı bombardiri Sergey Zenyovdur. Estoniyalı hücumçunun hesabında 6 top var.

2-ci sırada Teo Uiksdir. “Qəbələ”nin avrokubokdakı yeganə het-trikinin müəllifi ümumilikdə 5 qol vurub. İlk “üçlüy”ü Dodo qapayır. Onun aktivində 4 top var.

Qeyd edək ki, “qırmızı-qaralar”ın altı üzvü 3 və ya daha çox qola imza atıb.

 

1. Sergey Zenyov – 6

2. Teo Uiks – 5

3. Dodo – 4

4-6. Filip Ozobiç – 3

Baqali Dabo – 3

Cavid Hüseynov –  3

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43