08 İyul 2026
Dünya futbolu

“Qəribə səslənsə də, çox əyləndim” – Tomas Tuxel

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Bavariya” səfərdə “Mançester Siti” ilə qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu matçdan 0:3 hesablı məğlubiyyətlə ayrılıb. Oyunun ardından komandanın baş məşqçisi Tomas Tuxel qarşılaşma barədə fikirlərini bildirib:

“Nəticə ilə qətiyyən razı deyiləm. Biz daha yaxşı olduğumuz anlarda cəzalandırıldıq. Mənə elə gəldi ki, hesab 0:2 olana qədər çox yaxşı oynadıq. Nəticə haqqında danışmaq istəmirəm. 70-ci dəqiqəyə qədər çox yaxşı çıxış gördüm.

İnanıram ki, biz ən azı bir qol vurmağa layiq idik. Futbolçularımızda bir az inam və hazırlıq çatışmırdı. Təbii ki, nəticə bizim üçün acıdır, amma bu gün komandama, uşaqların çıxışına aşiq oldum. Qəribə səslənsə də, çox əyləndim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43