Dünya futbolu

“Qalatasaray” “Arsenal”a “yox” dedi

“Arsenal” “Qalatasaray”ın futbolçusu Saşa Boyu istəyir.

İdmanxeber.az-ın məlumatına görə, London klubu fransalı oyunçu üçün “sarı-qırmızılar”a 14 milyon avroluq təklif göndərib. İstanbul təmsilçisi isə bu təklifi geri çevirib.

“Qalatasaray” sağ cinah müdafiəçisi üşün 20 milyon avro tələb edir. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

London klubunun yaxın vaxtda Boy üçün yeni bir təklif göndərəcəyi vurğulanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43