Dünya futbolu

“Qalatasaray” Droqbayla bağlı yekun qərarını verdi

“Qalatasaray” klubu ulduz futbolçusu Didye Droqba ilə bağlı yekun qərarını verib.

İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mövsüm sonunda müqaviləsi bitəcək olan Fildişi sahili millisinin üzvünə yeni sözləşmə təklif olunmayıb. Baş məşqçisi Roberto Mançini ilə arasında problemlər yaşayan forvardın komandada qalmaq ehtimalı çox azdır. İtaliyalı çalışdırıcı Droqbanın yerinə yeni hücumçunun alınması üçün rəhbərliyə mürəciət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43