Dünya futbolu

“Qalatasaray” hücumçusuna dəvət göndərdi

“Qalatasaray” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu icarə əsasında “Nant”da çıxış edən Mustafa Muhammedi komandaya dəvət edib. Fransa klubu ilə mövsüm sonuna qədər müaviləsi olan misirli hücumçuya baş məşqçi Okan Buruk müsbət rəy verib.

O, yayda komandadan ayrılacaq Bafetimbi Qomisin yerinə alternativ kimi görünür.

“Nant”da 48 oyun keçirən Muhammed 11 qol vurub və 4 assit edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43