“Qalatasaray”ın transfer siyahısında yer alan Manuel Akanji Türkiyəyə yollanmayıb.
İdmanxeber.az-ın məlumatına görə, İsveçrə millisinin üzvü “İnter”lə razılığa gəlib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.
“Mançester Siti”yə məxsus olan 30 yaşlı müdafiəçi mövsümün sonuna qədər icarə əsasında “İnter”in heyətində çıxış edəcək.

