Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qalatasaray” – “Liverpul” oyununu fransız FIFA referisi Klement Turpen idarə edəcək.
İdmanxeber.az xəbər verir ki, təcrübəli hakimin köməkçiləri də həmyerliləri olacaq. Oyun zamanı dördüncü hakim və VAR otağında da fransız referilərinin çalışacağı gözlənilir.
Qeyd edək ki, qarşılaşma bu həftə İstanbulda oynanılacaq.

