04 İyun 2026
Dünya futbolu

“Qalatasaray” Mertensi onunla əvəz edə bilər

“Qalatasaray” Niko Yankoviçi transfer siyahısına əlavə edib.

İdmanxeber.az “Fanatik”ə əsasən məlumat verir ki, “sarı-qırmızılar” yayda Mertensin mümkün gedişində onun yerini xorvatiyalı oyunçuyla doldura bilər.

Zaqreb “Dinamo”sunun yetirməsi olan Yankoviç ötən ilin yayında azad agent kimi “Riyeka”ya keçib. 22 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 32 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43