Dünya futbolu

MY gənc oyunçusunun müqaviləsini uzatmaq istəyir

”Mançester Yunayted” 16 yaşlı Bendito Mantatoya yeni müqavilə təklif edib.

İdmanxeber.az məlumat verir ki, “qırmızı şeytanlar” gənc oyunçunun qərarını gözləyir. Onunla bir çox Avropa nəhəngi də maraqlanır.

Mantato sağ vinger mövqeyində çıxış edir. O, gənclər arasında keçirilən Premyer Liqada 5 oyuna 5 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43