26 İyul 2026
Ölkə futbolu

“Qalatasaray”da çalışmağım üçün erkəndir” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “İctimai TV”də yayımlanan “OFFTop” proqramının qonağı olub.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis verilişdə maraq açıqlamalar edib. O, bir gün Türkiyə Super Liqasında çalışmaq istədiyini bildirib:

“Əsas hədəfim legioner həyatı yaşamaqdır. Türkiyə Super Liqasında baş məşqçi kimi fəaliyyət göstərməyi çox istəyirəm. “Qalatasaray “da və böyük klublarda çalışmağım üçün erkəndir. Düşünürəm ki, Anadolu komandalarında və İstanbulun digər komandalarında təcrübə topladıqdan sonra ola bilər”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43