12 İyul 2026
Dünya futbolu

“Qalatasaray”ın 33 il sonra gələn “Fənər” üstünlüyü

Türkiyə Super Liqasının 37-ci turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun mərkəz görüşündə “Qalatasaray” evdə “Fənərbağça” ilə qarşılaşıb. Matç ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə “sarı-qırmızılar” 33 il sonrakı uğurunu təkrarlayıb. Belə ki, komanda uzun müddət sonra əzəli rəqibini həm səfərdə, həm də evdə məğlubiyyət etməyi bacarıb.

Xatırladaq ki, “cim-bom” cari mövsüm hər iki oyunda da “Fənər”i 3:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43