Fransalı futbolçu Leo Dubua ilə “Pendikspor” və “Başakşehir” maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray” Çempionlar Liqası üçün heyətə daxil etmədiyi fransalı sağ cinah müdafiəçisi ilə yolları ayırmağa hazırlaşır.
Dubua ötən mövsüm qoşulduğu İstanbul təmsilçisində 28 oyuna 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

