“Qalatasaray” gənc futbolçusu Elias Jeleri İngiltərəyə göndərib.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı cinah müdafiəçisi 2026-cı ilin yayına qədər “Sauthempton”da icarə əsasında çıxış edəcək.
Müqaviləyə əsasən, Çempionşip təmsilçisi mövsümün sonunda Jelerini tam transfer etmək hüququna da malik olacaq.
Xatırladaq ki, danimarkalı futbolçu 2024-cü ilin yayında 9 milyon avroya “Kopenhagen”dən “Qalatasaray”a keçmişdi. O, İstanbul təmsilçisində 35 oyunda meydana çıxaraq 1 qola imza atıb.

