Dünya futbolu Kateqoriyasız

“Qalatasaray”da növbəti ayrılıq

“Qalatasaray”ın forvardı Mbaye Dian klubdan ayrılır.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, seneqallı futbolçu “sarı-qırmızılar”dan ayrılsa da, karyerasını İstanbulda davam etdirəcək.  Belə ki, təcrübəli oyunçu “Fatih Karagümrük” klubu ilə razılaşmaq üzrədir.

Tərəflərin anlaşacağı təqdirdə Dianın illik 2.2 milyon avroluq maaşının yarısını “cim-bom”un ödəyəcəyi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43