PSJ-nin yarımmüdafiəçisi Marko Verratti karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə jurnalist Nikolo Şira məlumat verib.
O bildirib ki, 30 yaşlı italiyalıya “Qalatasaray” iddia edir. Futbolçu Səudiyyə Ərəbistanı və Qətər klublarından da sərfəli təkliflər alıb.
Verratti ötən mövsüm 38 oyuna çıxıb və bütün turnirlərdə 1 məhsuldar ötürmə edib. Futbolçunun PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

