Ölkə futbolu

Qalin İvanov açıqladı: Niyə “Xəzər Lənkəran”dan ayrıldı?

“Xəzər Lənkəran”ın düşərgəsini tərk edərək vətəninə yollanan Qalin İvanov Bolqarıstan mıətbuatına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Qalin Lənkəran klubunu icazəsiz tərk etməsini belə izah edib:

“Klubun yerinə yetirilməyən şərtləri səbəbindən vəkilimlə görüşüb “Xəzər Lənkəran”la müqaviləmi ləğv etdim. Komandada maliyyə problemi məni ölkəmə dönməyə məcbur etdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43