24 İyun 2026
Ölkə futbolu

Qapı torları cırıq olduğu üçün oyun gec başladı – Azərbaycanda

Azərbaycan I Liqası XX turu çərçivəsində keçirilən “Difai” – “Karvan” matçı təyin edildiyi vaxtdan gec başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb qapı torlarının cırıq olması olub. Hakimlərin xəbərdarlığından sonra ev sahibi komandanın nümayəndələri problemi aradan qaldırıb. Nəticədə, görüş 5 dəqiqə gec başlayıb.

Xatırladaq ki, “Difai” – “Karvan” oyunu saat 16:00-da başlamalı idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43