Ölkə futbolu

Qar “Qəbələ”nin də planlarını pozdu

Qar yağışı “Xəzər Lənkəran”ın ardından “Qəbələ”nin də planlarını pozub.

Əyalət klubunun məşq edəcəyi stadion tamamilə qarın altında qalıb. Komanda hazırda harada məşq keçəcəyinə qərar verməyib.

Bundan əlavə, hava şəraiti “Qəbələ”nin “Neftçi”ylə səfər oyununun planlarını da alt-üst edib. Belə ki, bir gün öncə Bakıya gəlməyi planlaşdıran komanda, sabah tezdən paytaxta yola düşəcək.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” qarşılaşması dekabrın 15-də “Bakcell Arena”da keçiriləcək və saat 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43