“Beşiktaş” klubu daha bir transferini rəsmiləşdirib.
İdmanxeber.com-un məlumatına görə, İspaniya La Liqasında “Deportivo”da forma geyən qapıçı Fabrisio Ramirez göz yaşları içərisində “ağ-qaralar”a keçidini bildirib.
28 yaşlı qolkiper bunları söyləyib: “Bu, qətiyyən vəda deyil. Çempionlar liqasında oynamaq xəyalımı gerçəkləşdirmək üçün “Beşiktaş”ı seçdim. “Beşiktaş” böyük bir klubdur”.

