Kateqoriyasız

“Qarabağ” əlavə biletlər satışa çıxardıBU SƏBƏBƏ GÖRƏ

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Viktoriya” matçına bilet satışları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu satışa əlavə olaraq 2500 bilet çıxarıb. Səbəb isə Çexiya təmsilçisinin azarkeşlərinin Bakıya gəlməməsidir. Bu səbəbdən də “Qarabağ” qonaq tərəfdarlar üçün ayrılan yerləri də öz azarkeşlərinin üzünə açacaq.

Xatırladaq ki, dünən Ağdam klubu qarşılaşma üçün 15 min biletin satıldığını açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43