Kateqoriyasız

“Qarabağ” 100-ə Musa Qurbanlı ilə çatdı

“Qarabağ” cari mövsümdə 100-cü qol həddini keçib.

İdmanxeber.az xəbər verir ki, yubiley topunu səfərdə “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 27-ci tur oyununda “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub.

20 yaşlı forvard komandasının ikinci qoluna imza atıb. 101-ci topu isə 90+3-cü dəqiqədə Ramil Şeydayev öz hesabına yazdırıb.

“Köhlən atlar” Azərbaycan Premyer Liqasında 68, ölkə kubokunda 15, UEFA Konfrans Liqasında isə 18 dəfə rəqib qapılarına yol tapıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43