08 İyul 2026
Ölkə futbolu

“Qarabağ” – “Arsenal” matçına nə qədər bilet satılıb ?

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyununa bilet satışı davam edir.

İdmanxeber.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, artıq sözügedən qarşılaşmaya 55 min bilet satılıb.

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir.Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu sabah saat 20:55-də başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43