Ölkə futbolu

“Qarabağ” – “Arsenal” matçının biletləri satışa çıxır

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Qarabağ” – “Arsenal” matçının biletlərinin satışa çıxarılacağı vaxt müəyyənləşib.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, azarkeşlər sözügedən qarşılaşmanın biletlərini sabahdan etibarən əldə edə bilərlər. Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir.Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43