Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən hər ay tərtib edilən dünya klublarının yeni reytinq cədvəli açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, təmsilçilərimizdən “Qarabağ” siyahıda ən yaxşı göstəriciyə malikdi. Ağdam klubu ötən ay olduğu kimi bu dəfə də 62-ci pillədə qərarlaşıb
“Köhlən atlar” siyahıda İngiltərənin “Lester”, “Vulverhempton”, Niderlandın “Ayaks”, İtaliyanın “Latsio” kimi klublarını geridə qoyub.

