“Qarabağ”ın sabiq üzvü Çumbinyo şərəfini qoruduğu Yunanıstanın “Atromitos” klubundan ayrılıb.
İdmanxeber.com-un məlumatına görə, braziliyalı futbolçu mövsümün sonunu gözləmədən müqaviləsinə xitam verib.
“Sambaçı” özü “Atormitos”dan ayrılmaq qərarına gəlib. O, klub rəhbərliyinə Braziliyaya qayıtmaq istədiyini bildiririb.

