26 İyul 2026
İdman

“Qarabağ” Azərbayana qayıtdı

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” I təsnifat mərhələsinin ilk oyununda Sloveniyada “Olimpiya”ya 1:0 hesabı ilə qalib gələrək, üstünlük əldə etdi.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu səfərdə baş tutan görüşdən sonra dərhal Bakıya dönüb. Komanda bu gün səhər saatlarında paytaxta çatıb.

Qeyd edək ki, “Qarabağ” “Olimpiya” ilə cavab matçını iyulun 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43