14 İyul 2026
Ölkə futbolu

“Qarabağ” biletləri satışa çıxardı

Misli Premyer Liqasının 4-cü turunda keçiriləcək “Qarabağ” – “Kəpəz” qarşılaşmasının biletləri iticket.az-da satışa çıxarılıb.
İdmanxeber.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Biletlər bu gün və sabah iticket.az-da onlayn, həmçinin oyun günü “Azersun Arena”nın kassasında da satışda olacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43