02 İyul 2026
Kateqoriyasız

“Qarabağ” bir dəqiqəlik sükut üçün UEFA-ya müraciət edib

“Qarabağ” – “Nant” arasında keçiriləcək oyunda bir dəqiqəlik sükut ola bilər.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan əvvəl mətbuat konfransında bildirib. 50 yaşlı mütəxəssis bunun üçün UEFA-ya müraciət olunduğunu və qərarın sabah açıqlanacağını vurğulayıb.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43