“Qarabağ” baxışa dəvət etdiyi futbolçudan imtina edib. Rusiyalı yarımmüdafiəçi Fərhad Qıstarov Qurban Qurbanovun ümidlərini doğrultmayıb və geri göndərilib.
Xatırladaq ki, Qıstarov “Qarabağ”ın Antalya toplanışı çərçivəsində Buxarest “Dinamo”su üzərində 1:0 hesablı qələbə qazandığı yoxlama oyununda ikinci hissədə meydana çıxmışdı.