Kateqoriyasız

“Qarabağ” Çexiya və Polşa klublarına məğlub oldu – YENİLƏNİB

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün 2  yoxlama oyununa çıxıb.

Ağdam klubu əvvəlcə Çexiya “Siqma”sı ilə qarşılaşıb. Bakı vaxtı ilə 12:30-da start götürən matç çexlərin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Komanda 2-ci yoxlama görüşündə Polşanın “Visla” klubu ilə üz-üzə gəlib. Görüş rəqibin 3:2 hesablı qələbəsiylə başa çatıb.

“Qarabağ” bunadək 2 yoxlama oyunu keçirib.  Rumınyanın “Akademiya Klinçeni”si ilə 2:2 hesablı heç-heçə edən komanda Qazaxıstanın “Jetisu”sunu minimal fərqlə  üstələyib- 1:0.

12:30 “Qarabağ” – “Siqma” (Çexiya) – 1:3
Qol: 
Musa Qurbanlı

“Qarabağ”: 13. Vaqner Silva, 7. Araz Abdullayev, 21. Hacıağa Hacılı, 23. Faysal Rerras, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı, 30 Abbas Hüseynov, 66. Cavid Bayramov, 71. Toral Bayramov, 99. Maqaye Qeye

18:30 “Qarabağ” – “Visla” (Plok, Polşa) 2:3
Qollar: Mahir Emreli, 18 (pen.), Xayme Romero, 52

“Qarabağ”: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43