03 İyul 2026
Ölkə futbolu

“Qarabağ” daha bir legioneri ilə yollarını ayıra bilər – İngiltərədən təklif var 

“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski komandadan ayrıla bilər.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı oyunçuya başqa klublardan təklif var. Onun xidmətində İngiltərə və Fransa komandaları maraqlıdır.

Xəbərdə Polşa klublarının da Koxalskini istədiyi bildirilir.

Mateuş ötən ilin yayından  Ağdam təmsilçisində çıxış edir. O, “Qarabağ”da 28 rəsmi oyun keçirib.

Bu görüşlərdə Koxlaski 27 qol buraxıb, 13 dəfə isə qapısını toxunulmaz saxlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43