Kateqoriyasız

“Qarabağ” “Konfrans Liqasında

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyunlara start verilib.

İdmanxeber.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da bu gün qrupda sonuncu matçına çıxıb.

“Köhlən atlar” Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın “Frayburq” klubu ilə qarşılaşıb və görüş 1:1 hesabı ilə sona çatıb.

Bu nəticə ilə təmsilçimiz qrupda üçüncü yeri tutaraq, avrokuboklarda yoluna Konfrans Liqasında davam edəcək.

Avropa Liqası, qrup mərhələsi, 6-cı tur

3 noyabr

G qrupu

21:45 Qarabağ – Frayburq (Almaniya) 1:1

Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Aleh Maslianka, Dmitri Dmitryiev (hamısı Belarus)
Bakı.T.Bəhramov adına Respublika stadionu.

21:45 Olimpiakos (Yunanıstan) – Nant (Fransa) 0:2

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43