16 İyul 2026
Ölkə futbolu

“Qarabağ” futbolçusu ilə yollarını ayırdı – RƏSMİ

“Qarabağ” Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, son üç mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ilin yanvarında “Qarabağ”a keçən Rüstəm komandanın heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43