Dünya futbolu

“Qarabağ” “Gent”i keçə bilərdi – Belçika millisinin baş məşqçisi

Azərbaycan millisinin AVRO-2024 qrup mərhələsindəki rəqiblərindən olan Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko yerli mətbuata açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, gənc mütəxəssis komandasının qrupdakı şanslarını dəyərləndirib. O, “Qarabağ”ın Konfrans Liqasındakı  performansını da yüksək qiymətləndirib:

“Avstriya, İsveç, Estoniya və Azərbaycanın yer aldığı qrupda Belçika növbəti mərhələyə yüksəlməyə borcudur. Amma rəqiblərə belə yanaşsaq, təhlükəli olar. Avstriyalılar noyabrda İtaliyaya qarşı qalib gəldilər. İsveçdə də kifayət qədər səviyyəli futbolçular var. Artıq Asan rəqib yoxdur. “Qarabağ”ın “Gent”lə oyununu hamı gördü. Ağdam klubu yoluna davam edə bilərdi. Oyunların bizim üçün çətin keçəcəyini indidən demək olar”.

Belçika millisi martın 24-də İsveçlə üz-üzə gələcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43