Dünya futbolu

“Barselona”dan qələbə və yeni rekord

İspaniya La Liqasında 25-ci turun oyunları keçirilir.

İdmanxebrer.az-ın məlumatına görə, “Barselona” səfərdə “Atletik”lə üz-üzə gəlib. Kataloniya təmsilçisi görüşdən 1:0 hesabı ilə qalib ayrılıb.

Bu nəticə ilə “Barselona” yeni rekorda imza atıb. Belə ki, komanda 25 turda cəmi 8 qol buraxıb.

Bu göstəricidəki uğur “Atletoko” və “Deportivo” klublarına məxsus idi. Onlar daha əvvəl 25 turdan sonra qapılarında 10 qol görmüşdü.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43