25 İyul 2026
Dünya futbolu

Renat qol vurdu, komandası qalib gəldi

Renat Dadaşov İsveçrə Super Liqasında növbəti oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvünün forma geyindiyi “Qrashoppers” klubu doğma meydanda “Vintertur”u qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşmada ev sahibi oyundan qalib ayrılıb – 2:1.

Renat görüşə əsas heyətdə başlayıb. O, komandasının ilk qolunu vurub.

Hazırda “Qrasshopper” 28 xalla 7-ci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43